Prezident: "Ermənistandan fərqli olaraq Rusiya texnikasından şikayətlənməmişik"
“Əsas hərbi texnikamız Rusiya istehsalıdır. Ermənistandan fərqli olaraq biz heç vaxt ondan şikayətlənməmişik, ümumiyyətlə, buna səbəb də olmayıb. Rusiyanın hərbi texnikası bəzi göstəricilərinə görə dünyanın ən yaxşısıdır, bütövlükdə, dünyanın ən yaxşılarındandır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
“Sadəcə, o, doğru əllərdə olmalıdır ki, sonra belə əsassız ittihamlar da olmasın ki, bu da Ermənistanda hərbi-siyasi böhrana yol açıb”, - dövlət başçısı bildirib.
KARUSEL / GÜNDƏM
Tarix: 26-02-2021, 22:09