Həsənlinin qızının videosunu dövlət orqanları çəkməyib - ONLAR CƏZALANDIRILACAQ
Azərbaycan cəmiyyətini sarsıdan və hazırda gündəmin əsas mövzusu olan intim video qalmaqalına dair bir sıra detallar ortaya çıxıb.
28 mart 2021-ci ildən etibarən Cəmil Həsənlinin qızı olduğu iddia edilən gənc bir xanımın intim videogörüntüləri ölkənin internet məkanında yayılmağa başlayıb. Məsələyə kəskin reaksiyalar verilib.
Milli Şuranın sədri, professor Cəmil Həsənli dərhal açıqlama verərək videodakı kadrların qızına aid olduğunu təsdiqləmiş və bu görüntülərin gizli kamera ilə çəkilərək yayılmasına görə Azərbaycan hakimiyyətini suçlamışdı.
Bir çox mənbələr milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümündə sanki düzünə qəsdlə, təhlükəsizlik orqanlarını hədəf göstərməklə belə iyrənc videonun yayılmasını birbaşa təxribat əməli hesab etdi.
Azərbaycan iqtidarının, onun müzəffər Prezidentinin reytinqinin ən yüksəkdə olduğu bir zamanda, müxalifət düşərgəsinə dialoq təkliflərinin edildiyi, yeni siyasi konfiqurasiyanın qurulduğu bir dönəmdə belə təxribat, heç şübhəsiz, dövlətə, onun siyasətinə qarşıdır.
REPORTYOR.AZ Yeni Müsavat-a istinadən dövlətin önəmli və mötəbər qurumlarından verilən açıqlamaların ümumi məzmununu ifadə edir.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 30-03-2021, 13:47