mobil versiya

Milli Şuranın piketinə icazə verildi



Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 8-nə təyin etdiyi piketlə bağlı müraciətinə cavab verib.

Müraciətə baxılaraq oktyabrın 8-i saat 15:00-dan 16:00-dək BŞİH-in inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piketin keçirilməsinə razılıq verilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.

Reportyor.az musavat.com-a istinadən bildirir ki, BŞİH-in bu qərarı gözlənilməz olub. Milli Şura sosial şəbəkələrdə icazəsiz aksiya keçirəcəyinə dair təbliğat apardığı bir zamanda, belə qərarın verilməsi siyasi təhlilçilər tərəfindən müsbət qiymətləndirilib. "Ölkəni qarışdırmaq istəyənlərə fürsət tanınmadı", deyə, təhlilçilərdən biri bu qərarı bu ifadələrlə qiymətləndirib.

MANŞET / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 3-10-2019, 19:54