General Hikmət Mirzəyev Şuşanın azad edilməsi ilə bağlı detalları açıqladı - VİDEO
"Digər rayonların azad edilməsindən fərqli olaraq Şuşa əməliyyatında xüsusi tələblər mənim tərəfimdən qoyulmuşdu. Əsas fikir, diqqət və güc tapşırıqların yerinə yetirilməsinə cəmləşdirilmişdi".
REPORTYOR.AZ xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev bu sözləri “Şuşa, sən azadsan!” sənədli filmində bildirib:
"İçimizdə daim bir hiss olub ki, Şuşanı azad edəcəyik. Bu inam bizdə olub. Mən hətta Müdafiə Nazirliyində bir-iki nəfərə bunu qeyd etmişdim. Vətən Müharibəsinin birmənalı olaraq qəhrəmanları Azərbaycan əsgərləridir".
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 10-11-2021, 10:00