mobil versiya

Ermənistan SQ-nin 60-dan çox döyüş mövqeyi nəzarətimizə keçib - MN


Antiterror tədbirləri zamanı Ermənistan SQ-nin 60-dan çox döyüş mövqeyi nəzarətimizə keçib.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov brifinqdə deyilib.
O bildirib ki, antiterror tədbirləri uğurla davam etdirilir.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: 19-09-2023, 20:38