mobil versiya

Bəylər Eyyubov PTX-nin rəisi vəzifəsindən çıxarılıb




Prezidentin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.

"AzPolitika.info" "Unikal"-a istinadla xəbər verir ki, bu vəzifəyə Fərid Əsgərov təyin edilib.

F.Əsgərov bu təyinatadək PTX rəisinin müavini idi.

“Gününsəsi.info”-nun məlumatına görə isə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib. Ölkə başçısı onu yüksək vəzifəyə təyin edib. 
Belə ki, Bəylər Eyyubov bundan sonra Prezident Katibliyinin rəisi vəzifəsində çalışacaq.
MANŞET / KARUSEL / CƏMİYYƏT
Tarix: 30-06-2025, 17:58