Peyvəndlə bağlı qorxulu bəyanat: Kimyəvi silaha çevirib on minlərlə insanı öldürəcəklər
Şimali Koreya yaxın zamanda bioloji silah yaradacaq və bunu koronavirusla mübarizə adı altında edəcək. Məqsəd isə minlərlə insanı öldürməkdir.
REPORTYOR.AZ cebhe.info-ya istinadən xəbər verir ki, bu fikri Pentaqon rəhbərinin nüvə, kimyəvi və bioloji müdafiə üzrə sabiq müavini Endryu Veber səsləndirib.
Onun sözlərinə görə, artıq rəsmi Pxenyan eksperimental olaraq COVID-19-a qarşı peyvənd hazırlığına başlayıb. 2021-ci ildə isə həmin peyvəndi bioloji silaha çevirəcək. Veber qorxur ki, on minlərlə insan bu təhlükəli sınağın qurbanı ola bilər.
Bununla yanaşı, Şimali Koreyanın Çin və Avropa ölkələrindən koronavirusla mübarizəyə dəstək adı altında humanitar yardm istəməsi də gözləniləndir.
Xatırladaq ki, koronavurusun bu ölkədə də olmasına dair ilk fakt 26 iyulda Cənubi Koreya ilə sərhəddəki şəhərdə qeyd alınıb.
MANŞET / SON XƏBƏR / KARUSEL
Tarix: 31-07-2020, 16:55