mobil versiya

Türkiyəli məşhur müğənni azərbaycanlı jurnalistlərdən üzr istədi - VİDEO




Türkiyəli məşhur müğənni Ferhat Göçer Bakıda qonaq olub. 

Şəhərin dəbdəbəli məkanlarından birində konserti olan sənətçinin əvvəl yerli mətbuata müsahibə verəcəyi bildirilib.


Lakin Fərhat jurnalistlərə görünmədən səhnəyə çıxaraq konsert verib. Bundan sonra Göçerin musiqili proqramı yekunlaşıb.

Səhnədən texnikalar çıxarılıb. Hətta zibillər belə atılıb. 4 saatdan sonra Fərhat jurnalistlərə müsahibə vermək qərarına gəlib. Yerli kanalların mikrofonuna danışan Göçer media əməkdaşlarından üzr istəyib. 

Qeyd edək ki, ifaçının konsert biletləri 200-600 AZN aralığında olub.

Ətraflı videoda:

 
MARAQLI / KARUSEL
Tarix: 22-02-2022, 15:00