mobil versiya

Kovid insanların beynini pozub - Uzun müddətə bərpa olmur



Kovid keçirən insanlarda beynin koqnitiv funksiyaları və tezliyi pisləşib.

"Medicina" xəbər verir ki, Kanada Universitetinin neyrobioloqları kovid keçirənlərdə qısa və uzunmüddətli beyin pozulmalarını araşdırıb.

Onlar 478 böyük yaşlı insanın sağaldıqdan 3 ay sonra nevroloji simptomlarını qeyd ediblər. Onlar veb platdormada hər ay özlərində baş verən dəyişiklikləri qeyd ediblər.


Xəstələr arasında kovidi yüngül və ağır keçirənlər var idi.

Məlum olub ki, infeksiyanın ağırlığından asılı olaraq, koqnitiv pozulmaların dərəcəsi dəyişir.

Pasiyentlərin alınan informasiyanı mənimsəmə sürəti, verbal intelekti, düşünmə, yaddaş və əhval-ruhiyyəsi pisləşib.
Beynin zərər görməsi hətta kovidi çox yüngül keçirənlərdə də müşahidə olunub.

Professor Adriana Ouenin sözlərinə görə, koqnitiv pozulmalar sağlam insanlarda yuxu probleminə də gətirib çıxarır.

MARAQLI / SAĞLAMLIQ
Tarix: 25-10-2022, 17:52