mobil versiya

"Twitter Inc." i "X Corp." əvəzləyir


İlon Maskın "Twitter"-i alması ilə "Twitter" tez-tez yeni dəyişikliklərlə gündəmə gəlir. Nəhayət, "Twitter"-in ana şirkəti olan "Twitter Inc" İ.Mask-ın "X Corp."u ilə əvəz olunub.
İlon Mask-ın "X Corp."-u Çinin "WeChat"-na bənzər "hamısı bir yerdə tətbiq" olmaq yolunda ilk addım olaraq "Twitter Inc."-i birləşdirdi.
Hüquqi proseslərə başlanılan birləşmə prosesində, mövzu ilə bağlı aşağıdakı açıqlamalar verilib;
“Twitter, Inc., X Corp. ilə birləşdi və artıq mövcud deyil.”
Digər tərəfdən, "Twitter"-in "X Corp." ilə birləşməsi "SpaceX" və "Tesla" kimi şirkətlərin də bu şirkətə tabe ola biləcəyi iddialarını ortaya çıxarıb. Eyni zamanda "Facebook"-da belə birləşmə baş verib. "Facebook" ana şirkətinin adını "Meta" olaraq dəyişdi və "Facebook" və "Instagram"-ı törəmə şirkətlər olaraq davam etdirməyə başladı.

MARAQLI / KARUSEL
Tarix: 12-04-2023, 15:42