Toy zamanı xəyanət edən qız yaxalandı - FOTO
Toya ailəsilə təşrif buyuran kişi ilə sevgilisi ilə qızın məclis zamanı xəyanətini əks etdirən görüntülər Reddit sosial şəbəkəsində qəzəblə qarşılanıb.
BAKU.WS "Daily Mail"ə istinadən xəbər verir ki, xoşagəlməz hadisə ABŞ-da baş verib.
Belə ki, toydan sonra mərasimdə çəkilən fotolara nəzər salarkən, qonaqların xəyanətini əks etdirən görüntülərə rast gəliblər.
Toya başına köpək balığı maskası geyinmiş sevgilisi ilə gələn qırmızı libaslı qız bir neçə əyləncəli xatirə şəkilləri çəkdirib. Sonra isə digər qonaqla öpüşüb.
Daha sonra məlum olub ki, qızın öpüşdüyü bənövşəyi köynəkli kişi həmin toya öz ailəsilə - həyat yoldaşı və uşaqları ilə gəlibmiş. Onlar da toydan sonra bu fotoları görüblər.
Şəbəkə istifadəçiləri bu hadisəyə laqeyd qala bilməyiblər və onların hərəkətini iyrənc adlandırıblar.
MARAQLI / KARUSEL / DÜNYA
Tarix: 2-11-2019, 12:23