Bunlar bahalı şəhərlərdir
Əcnəbilər üçün bahalı şəhərlərin reytinqi açıqlanıb.
“South China Morning Post” qəzeti bildirir ki, bununla bağlı Mercer konsaltinq firması araşdırmanın nəticələrini açıqlayıb.
Azərbaycanın paytaxtı Bakı bu siyahıda 177-ci yerdədir. Digər Cənubi Qafqaz ölkələri -Ermənistan 141-ci yerdə, Gürcüstan 181-ci yerdədir.
Bu il xarici mütəxəssislər üçün ən bahalı şəhərlər Honq-Konq, Sinqapur və Sürix olub.
Mercer konsaltinq firmasının araşdırmasına görə, Honq Konq ardıcıl ikinci ildir ki, reytinq cədvəlinə başçılıq edir. Ən bahalı şəhərlər “onluğu”nda ən çox yeri “isveçrəlilər” tutub: Sürixdən başqa, siyahıya Cenevrə (4-cü), Bazel (5-ci) və Bern (7-ci) daxildir.
Nyu-York altıncı sırada, Təl-Əviv, Kopenhagen və Baham adalarının paytaxtı Nassau isə ilk onluğu tamamlayıb.
Reytinqin müəllifləri əcnəbilər üçün ən ucuz şəhərlər sırasında Daşkənd, Ankara, Düşənbə, Bişkek və Havananın adını çəkiblər.
Eyni zamanda, İslamabad 227-ci yerlə əcnəbi işçilər üçün ən ucuz iş yerinə çevrilib.
Mercer ekspertləri reytinq tərtib edərkən hər bir şəhərdə 200-ə yaxın vəzifənin dəyərini, o cümlədən icarəyə verilən əmlak, nəqliyyat, qida, geyim, məişət əşyaları, kommunal xidmətlər, məişət və tibbi xidmətlər, əyləncənin dəyəri, həmçinin alkoqol və tütün məmulatlarının qiymətlərini nəzərə alıblar.
MARAQLI / KARUSEL

Tarix: 21-06-2023, 10:02