Geomaqnit qasırğası gözlənilir
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, Günəş fəallığı orta səviyyədə olub. Günəş ləkələrinin sayı azalaraq, 8 ləkə qrupunda 107 ləkə müşahidə olunur. Günəşin səthindəki böyük tac dəliyi geoeffektivdir.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Hazırda Günəş küləyinin sürəti 518 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10.28 nT, radial istiqamətdə isə 2.14 nT təşkil edir.
Dekabrın 4-dən 10-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin dekabrın 4-dən 6-dək tac dəliyindən çıxan yüksəksürətli axınların təsiri ilə yüksələ bilməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyi sürətinin mənfi qütblü tac dəliyindən çıxan yüksəksürətli axınların təsiri ilə 700 km/saniyəyədək artacağı və TKA-nın da əlavə təsiri proqnozlaşdırılır.
Geomaqnit sahəsi tac dəliyindən çıxan yüksəksürətli axınların təsiri ilə bu gün G2 (orta) səviyyəli, sabah isə TKA-nın təsiri ilə G1 (zəif) geomaqnit qasırğası gözlənilir.
MARAQLI / KARUSEL
Tarix: 4-12-2023, 11:58