mobil versiya

Günəş küləyinin sabit qalacağı proqnozlaşdırılır



Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, kosmik hava durumu – Günəş fəallığı bir qədər artıb. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və həyəcanlaşmış səviyyədə olub, 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalıb.
Fevralın 23-dən 25-dək M sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X sinif 10 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya aşağı səviyyədə olacağı, 3229 və 3234 oblastlarında baş vermiş alışmalara görə isə enerjisi 10 MeV-dən çox olan proton selinin artacağı (S1-10 faiz) gözlənilir.
Fevralın -dək Günəş küləyinin sabit qalacağı, fevralın 25-də isə mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) səbəbilə Günəş küləyinin sürətinin yenidən artacağı proqnozlaşdırılır. Geomaqnit sahədə ümumən sakitlik olacaq (Kp=2, 3). G1 və daha yüksək səviyyəli geomaqnit qasırğasının yaranması gözlənilmir.
Radiosiqnalların ötürülməsində R1-R2 səviyyəli kəsilmə ehtimalı 50 faiz, R3 səviyyəli kəsilmə ehtimalı 10 faiz təşkil edir.(AZƏRTAC)




KARUSEL / CƏMİYYƏT
Tarix: 23-02-2023, 15:49