Macarıstan baharı qarşılayır - Ənənəvi Buşoyaraş bayramı
Qışın başa çatmasına və baharın gəlişinə həsr olunan ənənəvi altıgünlük Buşoyaraş karnavalı Macarıstanın Moxaç şəhərinə on minlərlə ziyarətçini cəlb edib.
Macarıstan Turizm Agentliyi xəbər verir ki, bu il karnavala gələn qonaqlar şəhərin turizm otellərində minə yaxın gecə keçiriblər. Həftə sonu otellərin doluluq nisbəti 90 faizdən çox olub.
Ziyarətçilərin əksəriyyətini macarlar təşkil etsə də, qonaqlar arasında əsasən Slovakiya və Almaniyadan xarici turistlər də olub.
Ənənəvi Buşoyaraş bayramı, 2009-cu ildə icmaların nəsildən-nəslə ötürdüyü adətləri, təmsil və ifadə formalarını, bilik və bacarıqları özündə cəmləşdirən “canlı miras” olaraq da adlandırılan UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.(azərtac)
MARAQLI / KARUSEL
Tarix: 15-03-2024, 09:21