“Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq konfransa Şuşada start verilib
Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Dövlət Turizm Agentliyi ilə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən birgə təşkil olunan tədbirin məqsədi türkdilli dövlətlərin ortaq turizm məhsulları və marşrutlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılması, bu sahədə əməkdaşlıq perspektivlərinin müzakirə olunmasıdır.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın rəsmi qurumlarının təmsilçiləri, mədəni irs üzrə ekspertləri iştirak edirlər.
Konfransda TDT üzv ölkələrin nümayəndələrinin “Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi” mövzusunda müzakirə və təqdimatları olacaq.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 1-12-2023, 10:32