mobil versiya

Azərbaycanın 23 abidəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb



"İtməkdə olan dekorativ tətbiqi sənət istiqamətlərinin bərpası və yeni formalarda yenidən həyata qaytarılması, innovasiyaların tətbiqi, ənənələrin nəsildən-nəslə ötürülməsi qeyri-maddi mədəni irsin mühafizəsi və yaşadılmasına sistemli yanaşmanı şərtləndirir".
Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məhz qeyri-maddi mədəni irs ölkəmizin qarşılaşdığı hibrid təhdidlər sırasında ön sıralardan birini tutur:
"Hazırda 23 qeyri-maddi mədəni irs elementi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş və bu proses gələcəkdə də davam edəcək. Son 3 il ərzində ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın gələcəkdə qarşılaşacağı təhdidlər əsasən mədəni irs, tarix və ümumilikdə mədəniyyətlə bağlı olacaq".(report)

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 18-12-2023, 10:47