mobil versiya

Bakıda ilk dəfə olaraq “Mədəni irs” forumu keçiriləcək



Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı dekabrın 18-20-də ölkəmizdə ilk dəfə olaraq “Mədəni irs” forumu keçiriləcək. 
Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq.
Forumda Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri, Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri, Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar, Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar, Təsviri sənət və müasir çağırışlar, Mədəni irs və müasir memarlıq- şəhərsalma prinsipləri və s. mövzular müzakirə olunacaq. 


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 1-12-2023, 11:35