mobil versiya

Bakının mərkəzində güllələnən Zülfinin FOTOLARI - YENİLƏNDİ



Bakıda 2 nəfərin güllələnməsi ilə bağlı məlumat vermişdik.

Publika.az xəbər verir ki, güllələnən şəxslərdən biri 30 yaşlı Zülfi Bağırov Yasamal rayonunda yaşayır və ticarətlə məşğul olur.
Onun bəzi fotolarını təqdim edirik.

*****

10:17

Səhiyyə Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

REPORTYOR.AZ nazirliyə istinadən xəbər verir ki, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb. 22 dekabr saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

*****

08:21

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində silahlı insident baş verib.

1989-cu il təvəllüdlü Muradov Zülfü mübahisə etdiyi naməlum şəxs tərəfindən tapança ilə güllələnib.

Yaralı vəziyyətdə olan Muradov Zülfü öz avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.

Həkimlərin müayinəsindən sonra məlum olub ki, xəsarət alan şəxs sinə nahiyəsindən üç güllə yarası alıb.

O, dərhal əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.(Report)




MARAQLI / KARUSEL / HADİSƏ
Tarix: 23-12-2019, 22:21