Bu tarixdə güclü maqnit qasırğası olacaq
Avqustun 10-na keçən gecə Yer kürəsində G2 sinfinə aid maqnit qasırğası olacaq.
Bu haqda Rusiya EA-nın Kosmik Araşdırmalar İnstitununun Günəş Astronomiya Laboratoriyası proqnoz verib.
Qeyd olunur ki, maqnit qasırğasının pik nöqtəsi gecə yarısı baş verəcək. Növbəti bir neçə saat ərzində səviyyə dəyişməz qalacaq. Maqnit qasırğası yalnız saat 12:00-da zəifləyəcək – G1 sinfinə düşəcək. Axşama doğru onun səviyyəsi daha da aşağı düşəcək. Bakı vaxtı ilə saat 17:00-a qədər vəziyyət tamamilə normal olacaq.
Avqustun 10-da güclü maqnit qasırğası ehtimalının yüksək olacağı vurğulanır. Alimlərin fikrincə, bunun şansı 45% təşkil edir.
MARAQLI / KARUSEL
Tarix: 8-08-2024, 11:20