AZAL Bəhreynin görülməli beş məkanını təqdim edir
AZAL Bəhreynin mütləq görülməli beş məkanını təqdim edir.
Rəşid əl-Zəyani məscidi
Ölkənin ən möhtəşəm və zərif ibadətgahlarından biridir. İslam memarlığının gözəl nümunəsi ziyarətçilərə həm dini təcrübə, həm də estetik zövq bəxş edir.
Bəhreyn qalası
Tarixi eramızdan əvvələ gedib çıxır. Qalanın ətrafındakı muzeydə nümayiş etdirilən artefaktlar böyük maraq doğurur. Gün batımını buradan izləmək isə unudulmaz təcrübədir.
Dünya ticarət mərkəzi
Dünyanın külək enerjisindən istifadə edən ilk ticarət binası kimi tanınır. Mərkəzdə müxtəlif alış-veriş mərkəzləri və restoranlar fəaliyyət göstərir.
Rifa qalası
1812-ci ildə inşa edilmiş və Əl-Xəlifə sülaləsinin iqamətgahı olmuşdur. Qalanın içərisində ziyarətçilər keçmişdə istifadə olunan ənənəvi ərəb məişət əşyalarını görə bilərlər.
Əl-Xəmis məscidi
Məscidin inşası İslamın yayılmağa başladığı dövrə, 7-ci əsrə təsadüf edir. Onun xəlifə Ömər dövründə inşa edildiyi düşünülür. Erkən İslam dövrünün simvolu olan bu məscid ölkənin tarixi və dini irsində mühüm yer tutur.
Biletləri AZAL-ın rəsmi saytından əldə etmək mümkündür.
MARAQLI / KARUSEL
Tarix: 2-09-2024, 09:31