İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Reportyor.az "Valyuta.az"a istinadla xəbər verir ki, “Bloomberg Milyarderlər İndeksi”nin bu gün yaydığı məlumata əsasən, texnologiya sahəsində dünyanın ən böyük 5 sərvət sahibindən yalnız ikisinin sərvəti artıb, digər üç milyarderin isə sərvətində azalma müşahidə olunub.
Belə ki, siyahıda birinci yerdə gələn milyarder İlon Maskın ilin əvvəlindən indiyə qədər olan maliyyə göstəricisi 53,8 milyard dollar azalaraq, 379 milyard dollar təşkil edib.
Siyahının 2-ci yerində qərarlaşan Mark Zukerberqin texnologiya sahəsində gəliri 229 milyard dollar təşkil edib. İlin əvvəlindən indiyə qədər onun gəliri 21,4 milyard dollar artıb.
3-cü sırada Cef Bezosun texnologiya sahəsində gəliri 12,3 milyard dollar azalaraq 226 milyard dollar təşkil edib.
4-cü sırada 191 milyard dollar qazancla Larri Ellison gəlib. Belə ki, bu milyarderin qazancı ilin əvvəlindən bu yana 1,63 milyard dollar azalıb.
Sonuncu- 5-ci sırada isə Bill Qeyts gəlib. 16,3 milyard dollar artıb qazancı 159 milyard təşkil edib.

MARAQLI / KARUSEL
Tarix: 2-06-2025, 18:06