mobil versiya

Ekspert ŞOK PROQNOZ verdi: “Neft 9 dollara düşə bilər”



“Yaxın zamanlarda neftin qiymətində kəskin artımlar gözlənilmir”.

Bu barədə Cebhe.info-ya açıqlamasında iqtisadçı Akif Nəsirov bildirib:

“Dünyanın iki böyük neft hasil edən tərəfi – Rusiya və OPEC arasında mübahisə yaranıb. Yəni ABŞ, Səudiyyə Ərəbistanı və digər müttəfiqlər ilə Rusiya arasındakı siyasi qarşıdurma iqtisadi qarşıdurma səviyyəsinə keçib. 

Artıq burada texnologiya mübarizəsi gedir. Əgər əvvəl Sibir neftinin bir barelinin hasilatı 40 dollara başa gəlirdisə, indi Rusiya mütəxəssisləri bəyan edir ki, bu neftin bir bareli 20 dollara başa gəlir və neftin bazar qiymətləri onlar üçün sərfəlidir. ABŞ, Səudiyyə Ərəbistanı və digər neft istehsalçıları daha ucuz neft texnologiyası üzərində işləyirlər. Ola bilsin ki, onlar daha ucuz hasilat texnologiyası tapsın və neftin qiyməti 9-10 dollara qədər ucuzlaşsın”.

İqtisadçı belə olacağı təqdirdə, Azərbaycanda neftdən asılılığa görə ciddi prorblemlərin yarana biləcəyini deyir.

MARAQLI / SON XƏBƏR / BANNER / İQTİSADİYYAT
Tarix: 17-03-2020, 16:44