Azərbaycanlı jurnalist koronavirusa yoluxdu
İdman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.
REPORTYOR.AZ xəbər verir ki, jurnalist bu barədə "Facebook"da paylaşım edib.
A.Cəfərsoy iki həftədir güclü öskürək və yüksək temperaturdan əziyyət çəkdiyini bildirib:
"İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".
Qeyd edək ki, A.Cəfərsoy "Supersport.az" saytının baş redaktorudur.
MARAQLI / SON XƏBƏR
Tarix: 22-05-2020, 10:05