mobil versiya

Koronavirusa görə tum çırtlamaq qadağan olundu



İspaniyanın Kaseres vilayətində ictimai yerlərdə tum çırtlamaq qadağan olunub.


Bu barədə “The Local” xəbər yayıb.

Hökumət bu tədbiri koronavirus infeksiyasının yayılması təhlükəsi ilə izah edib. Bildirilir ki, ispanlar tumu çırtlayıb, qabıqlarını yerə tökməyə meyillidirlər və küçənin ortasında topa şəklində “üzəri tüpürcəkli tum qalığı” ilə rastlaşmaq nadir hadisə deyil.

Qadağaya digər yüngül qəlyanaltılar və şirniyyatlar da daxil edilib. Rəsmilərin sözlərinə görə, uşaqlar tez-tez onları bir-biri ilə bölüşür və bununla da, yoluxma ehtimalı artır.

Həmçinin marketdən alınan spirtli içkinin restoran, yaxud barda deyil, elə küçənin ortasında içilməsi də yasaqlanıb. //Azerforum.com


MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 25-07-2020, 12:25