mobil versiya

Körpəsinə ana südünü verən ana mütləq düzgün qidalanmalıdır- SN


Körpəsinə ana südünü verən ana mütləq düzgün qidalanmalıdır, əks halda, uşaqda köp, ishal və ya əksinə qəbizlik əmələ gələ bilər.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Regina Nemətova açıqlayıb.
Onun sözlərinə görə, düzgün qidalanma deyəndə, biz həkimlər, yüksək və balanslı kalorili qidanın rasional qəbulunu nəzərdə tuturuq:
“Südverən ana 2 nəfərin yerinə qidalanmamalıdır, əmizdirən ana 2 nəfər üçün yeməlidir. İlk ayda uşağın mədə-bağırsaq sistemi təhlükəsiz adaptasiyanı keçməli və məhz bu ay ərzində ana qəbul etdiyi qidalara qarşı çox diqqətli olmalıdır. İlk aylarda körpələrdə köp tez-tez müşayiət olunur və bu səbəbdən ana köp yaradan məhsullardan istifadə etməməlidir ( noxud, mərci, turp, kələm, qazlı sular və s.) Bunlarla yanaşı, kofe, tünd çaylar, energetik içkilərin tərkibində kofein olduğu üçün bu məhsullar asanlıqla ana südünün tərkibinə keçib, uşaqlarda oyanıqlıq sindromun əmələ gəlməsinə səbəb olur. Fastfud tipli hazır yeməklərin istifadəsi həm tərkibində olan zərərli yağlara görə, həm də bəzən qeyri-düzgün şəraitdə hazırlandığı üçün ananın sağlamlığına təhlükə yarada bilər”.
R.Nemətova bildirib ki, mövsümdən kənar satılan meyvə-tərəvəzlərin əksəriyyəti müxtəlif sintetik dərmanların köməyi ilə yetişdirilir:
“Məhz bu səbəbdən ananın rasionunda yalnız mövsümə uyğun olan meyvə-tərəvəzlər olmalıdır. Bəzən, laktasiyanı artırmaq məqsədilə analar şəkər tərkibli məhsullardan istifadə edirlər, bu isə uşaqlarda köp və sancı hallarını artırır, ana isə artıq çəki problemi ilə üzləşir. Bütün sadaladığımız qida növləri nəinki əmizdirən ana, bütün insanlar üçün zərərli və təhlükəli sayılır.



SAĞLAMLIQ / KARUSEL
Tarix: 10-07-2024, 17:24