“Ana olmaq istəyənlər sinə əməliyyatından çəkinməlidir” - Səhiyyə Nazirliyi
“Ana olmaq istəyənlər sinə əməliyyatından çəkinməlidir”.
Bunu Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı İlhamə Mirzəyeva deyib.
Onun sözlərinə görə, sinə nahiyəsində estetik əməliyyatların edilməsi müəyyən problemlər yarada bilər, ona görə də ana olmaq arzu ilə yaşayanlar olduqca diqqətli davranmalıdırlar.
Həkim gələcəkdə ana olmaq istəyən xanımları bu cür əməliyyatlardan çəkinməyə çağırıb.
İ.Mirzəyeva onu da bildirib ki, bəzi hallarda kəsilən ana südünü bərpa etmək mümkündür, ana südünü artırmaq üçünsə ana mütləq şəkildə stresdən uzaq olmalıdır.
Pediatr söyləyib ki, əvvəlcə bunun hansı zaman kəsiyində baş verdiyini araşdırmaq lazımdır: “Çox nadir hallarda, xüsusən beyin mənşəli xəstəliklərdə südü bərpa etmək mümkün olmur. Analar hətta gecə 2-3 dəfə uşağı qidalandırmalıdırlar. O zaman süd həm də daha yaxşı sintez olunur”.(report)
SAĞLAMLIQ / KARUSEL
Tarix: 2-08-2023, 17:09