Səfir: “Qazaxıstan Füzuli şəhərində Uşaq Yaradıcılıq İnkişafı Mərkəzini tikəcək”
Qazaxıstanın Milli Günü, eləcə də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
Səfir Serjan Abdıkərimov çıxış edərək 32 il bundan əvvəl, 25 oktyabr 1990-ci il tarixində Parlamentin dövlət suverenliyi haqqında Bəyannamə qəbul etdiyini xatırladıb. Diplomat deyib ki, Qazaxıstan öz dünya baxışına, individual adətlərə, ənənələrə və gələcəyinə baxışa malik unikal ərazi subyekti olaraq ilk dəfə özünü təqdim edib. Respublika Gününün dirçəldilməsi Yeni Qazaxıstan nəsli tərəfindən öz köklərinin və varisliyinin tanınması, xalqımızın dövlət müstəqilliyi yolunda tarixi nailiyyətlərə və niyyətinə hörməti rəmzinə çevrilib: “2024-cü ildən başlayaraq, Milli Rifah Fondunun gəlirlərin 50%-i yetkinlik yaşına çatana qədər uşaqların əmanət hesablarına köçürüləcək. Bu vəsaitlər təhsil məqsədlərinə və ya mənzilin alışına sərf olunacaq. Biz, qadınların imkan və hüquqların bundan sonra da genişləndirilməsinə və onların iqtisadi və ictimai həyatında iştirakının təmin edilməsinə hədəflənmişik”.
Son üç il ərzində biz siyasi islahatların dörd paketini icra edərək, mühüm transformasiyaları həyata keçirtmişik. Parlament tərəfindən qəbul olunan yeni qanunlar siyasi partiyaların qeydiyyatını asanlaşdırıb və partiyaların Parlamentə seçilməsi üçün məhdudiyyət baryerini 7%-dan 5%-dək azaldıb. Vətəndaşların dövlət idarəçiliyində daha geniş iştirakına köməklik göstərilməsi üçün partiyaların seçki siyahılarında qadınlar və cavanlar üçün icbarı 30%-lik kvota mövcuddur. Yerli idarəetmə orqanların hesabatlığının artırılması üçün yerli icra hakimiyyət başçıların birbaşa seçkiləri tətbiq olunub.
Cəmiyyətlə hakimiyyət arasında açıq münasibətlər mədəniyyətinin inkişafına töhfə vermək üçün biz dinc toplaşmaları üçün dövlət hakimiyyət orqanlarından razılığın əldə olunması tələbini ləğv edən qanuna dəyişiklik etdik. Qazaxıstanda ölüm cəzası ləğv olunub.
Azərbaycanla əlaqələrə toxunan səfir bildirib ki, Qazaxıstanla Azərbaycan arasında siyasi anlaşmazlıq və mübahisəli məsələ yoxdur: “Biz, beynəlxalq gündəliyində duran bir çox məsələlərə eyni gözlə baxırıq, bizim Türk inteqrasiyasının gələcək inkişafı məsələsində birgə yanaşmamız mövcuddur. Biz ticarət, sərmayə, nəqliyyat, logistika, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət, təhsil və bir çox digər sahələrdə əməkdaşlığın yeni imkanların açılmasında böyük perspektivlər görürük. Bu əməkdaşlığın cizgiləri səfər çərçivəsində imzalanan 20-dən çox sənəddə öz əksini tapıb. Qarşımızda qarşılıqlı ticarətin həcminin yaxın perspektivdə 1 milyard dollara qədər çatdırılması vəzifəsi durur. Buna malların və xidmətlərin qarşılıqlı tədarükü haqqında razılaşmalar, kooperasiyanın yeni istiqamətləri, Ticarət Evləri və yeni yaradılmış İşgüzar Şura xidmət edəcək. Orta Dəhlizin buraxılış qabiliyyətinin artırılması, Xəzər dənizi dibi ilə lifli-optik rabitə xəttinin çəkilməsi, Qazaxıstan neftinin ixrac imkanların şahələndirilməsi hazırkı qarşılıqlı fəaliyyətimizin nüvəsini təşkil edir. Bunlar təkcə bizim üçün deyil, həmçinin regionun bütün ölkələri üçün böyük geoiqtisadi əhəmiyyətə malikdir. Mədəni-humanitar əməkaşlığı çərçivəsində Türkistanla Şuşa, Uralskla Mingəçevir şəhərləri arasında qardaşlıq münasibətləri qurulub. Qardaş qazax xalqının hədiyyəsi olaraq, Qazaxıstan Füzuli şəhərində Uşaq Yaradıcılıq İnkişafı Mərkəzini tikəcək. Biz Sumqayıt şəhərinin mərkəzi küçələrin birinə qazax maarifçisi və türkşünası Axmet Baytursınulının adının verilməsinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq. Əminəm ki, əldə olunmuş razılıqlar münasibətlərimizi yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq”.
Azərbaycan hökuməti adından Qazaxıstan xalqını bayram münasibəti ilə təbrik edən energetika naziri Pərviz Şahbazov deyib ki, Azərbaycan və Qazaxıstan qardaş ölkələr, strateji tərəfdaşlar, müttəfiqlərdir. Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib, bu gün də Qarabağdakı yenidənqurmaya töhfə verir. Bu, qardaşlığın nümunəsidir.
Nazir deyib ki, indiyə qədər Azərbaycan Qazaxıstana 204 milyon dollar, Qazaxıstan isə Azərbaycana 100 milyon dollar sərmayə qoyub. 2022-ci il yanvar-avqust ayında ölkələr arasında ticarət dövriyyəsi 369 milyon dollar olub.
SİYASƏT