ABŞ və İsrailin öldürdüyü 168 şagird dəfn olundu - “Bu, vəd edilən azadlıqdır?” + VİDEO

ABŞ və İsrailin İranda ibtidai məktəbə endirdiyi qanlı zərbə nəticəsində şəhid olan 168 qız şagird torpağa tapşırılıb.
İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında yan-yana qazılmış məzarların görüntüsünü paylaşaraq Vaşinqton və Təl-Əviv rəhbərliyini sərt tənqid edib.
Nazir paylaşımında hücum nəticəsində həlak olan uşaqlar üçün qazılan məzarları göstərərək beynəlxalq ictimaiyyətə səslənib:“Bunlar ABŞ və İsrailin ibtidai məktəbi bombalaması nəticəsində öldürülən 160-dan çox günahsız qız uşağı üçün qazılan məzarlardır. Onların bədənləri parçalanıb. Trampın vəd etdiyi ‘azadlıq’ budurmu? Bax, bu azadlıq məhz belə görünür. Qəzzədən Minaba qədər günahsız insanlar soyuqqanlılıqla qətlə yetirilir”.

Əraqçi hadisəni “mülki əhaliyə qarşı açıq terror aktı” kimi qiymətləndirib və beynəlxalq təşkilatları susqunluğa son qoymağa çağırıb.
Hücumda həyatını itirən şagirdlər üçün bu gün İranda kütləvi dəfn mərasimi keçirilir. Səhər saatlarından etibarən minlərlə insan mərasim məkanına toplaşıb. Ölkədə ümummilli matəm əhval-ruhiyyəsi hökm sürür. (AzPolitika.info)
Reportyor.az
SİYASƏT / DÜNYA
Tarix: 3-03-2026, 20:45



























