mobil versiya

Səudiyyə Ərəbistanının xarici işlər naziri: İsrailin İrana hücumu diplomatik səylərə zərbə vurur





Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Şahzadə Faysal bin Fərhan bin Abdullah Krallığın güc tətbiqini qəti şəkildə rədd etdiyini təsdiqləyib və mübahisələrin həllində dialoqun vacibliyini təkrarlayıb.

Reportyor.az xəbər verir ki, şahzadə Feysal cümə günü İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı İsrailin İrana hücumunu pisləyib və bunu açıq-aşkar təcavüz aktı kimi qiymətləndirib.

O vurğulayıb ki, İsrailin eskalasiyası gərginliyi azaltmaq və diplomatik həll yoluna mane olmaq üçün davam edən səyləri pozur.
KARUSEL / DÜNYA
Tarix: 13-06-2025, 13:51