Azərbaycanda sensasion məhkəmə işi: "Görüşdə Heydərov, Usubov, Qaralov və Abutalıbov vardı..."
2016-cı ildən fəaliyyəti dayandırılmış "Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılov hakim qarşısına çıxarılıb.
Məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub.
Məlumata görə, iş üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan biri tanınmış iş adamı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.
Nadir İsmayılov Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
N.İsmayılov 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə "Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır.
Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir.
N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir.
Martın 5-də baş tutan məhkəmədə zərərçəkmişlərdən yalnız İsfəndiyar Axundov iştirak edib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, İ.Axundov əvvəlcə Nadir İsmayılovla münasibətlərindən danışıb. Deyib ki, Nadir İsmayılovla dost olub, illərlə birlikdə çörək kəsiblər.
Daha sonra İsfəndiyar Axundov hadisələrin bu yerə gəlib çatmasının səbəblərini danışıb.
O deyib ki, 2012-ci dövlətin ən yüksək vəzifəli məmurları onu görüşə çağırıb. Səbəb isə həmin illərdə tikinti sektorunda baş verən xaos olub. Həmin ərəfədə minlərlə insan MTK-lardan ev almaq istəyərkən aldadılmışdı.
İ.Axundov ifadəsində bildirib ki, görüşdə fövqəladə hallar naziri, daxili işlər naziri, baş prokuror və Bakı meri Hacıbala Abutalıbov olub.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 9-03-2021, 11:26