Güclü külək Bakı və ətraf yaşayış massivlərində qaz təsərrüfatına ziyan vurub
Aprelin 6-sı səhər saatlarında Bakı və ətraf yaşayış massivlərində əsən güclü külək qaz təsərrüfatına ziyansız ötüşməyib.
Bu barədə REPORTYOR.AZ-a zərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dəmir yolunun yanında güclü küləyin təsirindən diametri 57 mm olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb.
Məlumatda deyilir ki, hazırda “Azəriqaz” əməkdaşları hadisə yerindədir, operativ tədbirlər görülür: “Güclü küləklə bağlı mobil qruplarımız bütün ərazilərdə iş başındadır”.
SON XƏBƏR / KARUSEL
Tarix: 6-04-2021, 14:56