Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
Azərbaycanda həkim koronavirusdan ölüb.
REPORTYOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, ali dərəcəli neyrocərrah, neyroonkoloq Əmrəddin Rəcəbov bir müddət əvvəl COVID-19 infeksiyasına yoluxub.
Xəstəxanaya yerləşdirilən həkim aparılan müalicələrə baxmayaraq, ötən gün xəstəxanada vəfat edib.
Bu barədə onun həmkarları, tibb işçiləri sosial şəbəkədə də paylaşım ediblər.
SON XƏBƏR / KARUSEL
Tarix: 6-05-2021, 10:43