mobil versiya

Ermənistan ordusunun əsgəri hərbi hissəni özbaşına tərk edib




Ermənistan Silahlı Qüvvələrinin sıravi əsgəri N.Mkrtçyan Vardenis (Basarkeçər) rayonunda yerləşən N saylı hərbi hissəni özbaşına tərk edib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, N.Mkrtçyan mayın 18-də xidmət etdiyi hərbi hissəni özbaşına tərk edib.
Ermənistanın Hərbi Polisinin Basarkeçər rayon idarəsi fakt üzrə materiallar toplayır.

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 22-05-2021, 17:00