mobil versiya

Sumqayıtda yolda iri çatlar əmələ gəldi - VİDEO




Sumqayıt şəhərində yol örtüyündə iri çatlar əmələ gəlib.

REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, 16-cı məhəllə ərasizində qeydə alınıb.
Ərazidə olan avtomobil yollarından birinin asfalt örtüyündə çat əmələ gəlib və yer aralanıb. Təhlükəli vəziyyət yaranan əraziyə giriş məhdudlaşdırılıb və qırmızı lent çəkilib.

Qeyd edək ərazidə tikinti şirkətlərdən biri hündürmərtəbəli bina inşa edir və yaranan vəziyyətin bu səbəbdən baş verdiyi ehtimal olunur.



SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 7-07-2021, 10:15