mobil versiya

Başıbəlalı Babək prospekti: Bu dəfə də işıqforlar işləmir - VİDEO



Paytaxtın Babək prospektində, Yeni Günəşli tərəfdən giriş hissədə quraşdırılan işıqforlar uzun müddətdir ki, işləmir.

REPORTYOR.AZ Baku Tv-yə istinadən xəbər verir ki, ərazi prospektə əsas giriş hissələrindən biri hesab olunduğu üçün mövcud vəziyyət xüsusilə pik saatlarda yolda böyük avtomobil sıxlığının yaranmasına gətirib çıxarır.

Problemdən ən çox əziyyət çəkən sürücülərin sözlərinə görə, buradakı işıqforlar artıq uzun müddətdir ki, işləmir. Bu isə həm hərəkətə maneələr yaradır, həm də ərazidə vaxtaşırı olaraq avtomobil qəzalarının baş verməsinə gətirib çıxarır.

Problemin aradan qaldırılması işləri ilə məşğul olan məsul qrumlar isə neçə illərdir ki, eyni sözləri deyirlər. “İşıqforların fəaliyyətinin bərpa edilməsi istiqamətində işlər aparılır”. Hansı işlər aparılır? Və ya Necə aparılır? Bu suallar isə cavabsız qalır.



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 3-01-2020, 21:00