Daşlı ada çoxdan mövcuddur və vulkan nəticəsində əmələ gəlib - RƏSMİ AÇIQLAMA
Daşlı ada çoxdan mövcuddur və vulkan nəticəsində əmələ gəlib.
REPORTYOR.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.
Onun sözlərinə görə, Azərbaycan palçıq vulkanlarının ən çox olduğu ölkədir.
“Dünyada olan 900 palçıq vulkanının 300-nə Azərbaycanda rast gəlinir. Xəzərdə 200-dək sualtı palçıq vulkanı var. Onlardan təxminən 120-si Xəzərin Azərbaycan sektoruna aiddir”, - deyə Rasim Səttar-zadə bildirib.
SON XƏBƏR / KARUSEL
Tarix: 5-07-2021, 16:00