Tofiq Yaqublunun ev dustaqlığı ləğv olunub, o, azadlığa buraxılıb
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının fəalı Tofiq Yaqublu azadlığa buraxılıb.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə “report”a vəkil Aqil Layıc məlumat verib.
O bildirib ki, Tofiq Yaqublunun ev dustaqlığı həbs qətimkan tədbiri ləğv edilib:
“Həmçinin cəzasının çəkilməyən hissəsi 2 il 6 ay sınaq müddəti tətbiq olunmaqla dəyişdirildi”.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 15-07-2021, 18:28