Bakının sənaye istehsalı 5 % artıb
Bu ilin yanvar-iyul aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 % artaraq 22,3 milyard manat təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, sənaye məhsulunun 75,5 %-i mədənçıxarma, 21,3 %-i emal, 2,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,1 % olub.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,2 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,8 % təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 avqust 2021-ci il vəziyyətinə 317,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
SON XƏBƏR / KARUSEL
Tarix: 24-08-2021, 12:08