mobil versiya

İsmayıl İsmayılov nazir müavini vəzifəsindən istefa verib? - RƏSMİ AÇIQLAMA




"Nazir müavini İsmayıl İsmayılovun işdən azad edilməsi ilə bağlı yayılan informasiya həqiqəti əks etdirmir".

REPORTYOR.AZ xəbər verir ki, bunu "report"a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev deyib.

O bildirib ki, İsmayılov hazırda müalicəsini davam etdirir və yaxın günlərdə işə çıxacaq.

Qeyd edək ki, İsmayıl İsmayılov yeni nazir Fərid Qayıbovun müxtəlif federasiya və idman qurğularında keçirdiyi görüşlərdə iştirak etməyib. Onu nazirliyin aparat rəhbəri Rüfət Həsənov müşayiət edib. Bu isə İ.İsmayılovun tutduğu vəzifədən azad edildiyinə dair xəbərlərin yayılmasına səbəb olub.

İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsində 2006-cı ildən çalışır.
SON XƏBƏR / KARUSEL
Tarix: 16-09-2021, 12:00