mobil versiya

Yaşı 65-dən yuxarı olan şəxslərlə bağlı qadağa LƏĞV EDİLDİ



Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən yuxarı olan təhsil verənlər də cəlb olunacaq.

REPORTYOR.AZ xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün təsdiq etdiyi “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.

Eyni zamanda texniki heyət üzrə yaşı 65-dən yuxarı olan işçilər də işə cəlb olunacaq.

Bundan əvvəl təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsil verənlər cəlb olunmalı idi.


SON XƏBƏR / KARUSEL
Tarix: 22-09-2021, 12:00