mobil versiya

Polis əri tərəfindən güllələnib öldürülən qadının xalası hadisə yerində - VİDEO




Bu gün səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.

Xanım Məmmədovanın xalası Nəsibə Məmmədova BAKU.TV-yə baş verənlərlə bağlı danışıb.

“Biz onların ailəsinə qarışmamışıq. Onu eşitmişik ki, evi yaxşı dolandırır, sadəcə qısqancdır. Bacım qızının heç telefon nömrəsini də bilməmişəm.

Övladları var idi, biri oğlan, biri qız. Anası hələ də xəbərsizdir. Çox heyif o qızdan”, - deyə Nəsibə Məmmədova bildirib.

Qeyd edək ki, Baş Prokurorluq polisin arvadını güllələyərək öldürməsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə daxil olan məlumatda deyilir:

"Bu gün, yəni sentyabrın 30-da Xanım Məmmədovanın qəsdən öldürülməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".


SON XƏBƏR / KARUSEL
Tarix: 30-09-2021, 12:15