mobil versiya

Spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisi artırılır




Spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisi hər litr üçün 80 qəpik artırılacaq.

REPORTYOR.AZ-ın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Hazırda qüvvədə olan Məcəlləyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri 3 manat 20 qəpik təşkil edir. Artımdan sonra bu məbləğ 4 manat təşkil edəcək.
SON XƏBƏR / KARUSEL
Tarix: 3-11-2021, 13:30