Əbülfəs Qarayevin həyat yoldaşının “Jazz"ı niyə işləmir? - FOTO
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımovanın təsisçisi olduğu “Jazz’ın Dostları” İctimai Birliyi fəaliyyətini dayandırıb.
REPORTYOR.AZ xəbər verir ki, “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bu ilin mart ayınadək İB-də təmsil olunan şəxslər yalnız öz vəsaitləri hesabına bu təşkilatı qoruyub saxlaya biliblər.
Hazırda isə təşkilat maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini yalnız sayt üzərindən davam etdirə bilir.
Məsələ ilə bağlı “Jazz’ın Dostları” İctimai Birliyinin direktoru, Azərbaycanda caz festivallarının təşkilatçısı Nuri Əhmədov təmsil etdiyi təşkilatın fəaliyyətinin dondurulduğunu təsdiqləyib:
“Bizə maliyyə ayrılmır. Öz vəsaitimiz hesabına saytı saxlaya bilirik. Siz bilmirsiniz niyə maliyyə ayrılmır? Həmçinin koronavirus pandemiyası başlayandan Azərbaycanda caz festivallarını təşkil edə bilmirik. Master-klass edə bilmirik”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 4-11-2021, 10:00