mobil versiya

Balaş Qasımovun komandası “Nə? Harada? Nə zaman?” oyununda qalib gəldi




Rusiyanın “Birinci kanal”ında yayımlanan “Nə? Harada? Nə zaman?” intellektual oyununun Qış seriyasının üçüncü görüşü keçirilib.

REPORTYOR.AZ "oxu.az"a istinadən xəbər verir ki, Brilyant və Büllur “bayquş”ların sahibi Balaş Qasımovun komandası tamaşaçılarla mübarizə aparıb.

Oyun 6:4 hesabı ilə bilicilərin xeyrinə başa çatıb.
Qeyd edək ki, azərbaycanlı mütəxəssisin komandasında Denis Qaliakberov, Sergey Nikolenko, Yulia Lazareva, Dmitri Avdeenko və Elman Talıbov yer alıb.

SON XƏBƏR / KARUSEL
Tarix: 13-12-2021, 11:00