Nazirlik reanimasiyaya yerləşdirilən koronaviruslu xəstələrin yaxınlarına müraciət edib
“Reanimasiyaya düşən xəstələrin yaxınlarında qorxu-təşviş yaranır. Hər bir xəstəni reanimasiyaya yerləşdirmək olur. Bunun üçün mütləq şəkildə göstərişlər olmalıdır”.
REPORTYOR.AZ “report”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, reanimatoloq İsrail Məhərrəmbəyli deyib.
Onun sözlərinə görə, reanimasiyaya yerləşdirilən xəstələrin çoxunun huşu özündə olur: “Hətta bəzən həkimlərin konsultasiyası pasiyentlərin yanında keçirilir.
Reanimasiyada geniş həcmli müşahidə olur. Adekvat monitorinq müşahidə aparılır. Həkimlər daim onların yanında olur.
İnsanlar hesab etməsin ki, yaxınları orada diqqətdən kənarda qala bilər. Reanimasiyada hər bir xəstə həkim nəzarətindədir. Heç kim orada nəzarətsiz qalmır. Koronavirus xəstələri qorxuya düşməsinlər”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 15-12-2021, 17:00