Bu insanlar koronavirusa yoluxdusa, sağ qalmır
Bakıda Mərkəzi Neftçilər xəstəxanasında koronavirusdan vəfat edənlər içində artıq yaşı 40-45 arası olanlar da az deyil və belə xəstələrin itirilməsi həkimləri də təəccübləndirir.
REPORTYOR media.az-a istinadən xəbər verir ki, Mərkəzi Neftçilər xəstəxanasının Reanimasiya və İntensiv terapiya şöbəsinin müdiri Gülarə Abbasova media.az-a müsahibəsində maraqlı klinik faktı paylaşıb.
Belə ki, koronavirusu ağır keçirən 40 yaşlı qadın xəstənin ölümündən danışan həkim diqqəti immunitetin gücünə yönəldib.
“Həmin xəstənin immuniteti zəif idi, bundan əvvəl bir ay ərzində 23 kiloqram arıqlamışdı. Heç nə edə bilmədik... Bütün xəstəxana şokda idi. Hər kəsə çox pis təsir etdi.
Həqiqətən, güclü immuniteti olan sağlam insanlar xəstəliyi asimptomatik keçirir. Maksimum zəif temperatur, yüngül öskürək, dad və qoxu itkisi ola bilər. İnsan immuniteti böyük əhəmiyyət daşıyır. Güclü olarsa, xəstəliyə müqavimət göstərəcək.
Əsasən, xroniki xəstəlikləri olan insanlar reanimasiyaya düşürlər. Koronavirus diabetlə birlikdə pis nəticələrə gətirib çıxarır. Dializ xəstələri isə COVID-19-a yoluxduqda, demək olar ki, sağ qalmırlar, çünki dializ özlüyündə çox mürəkkəb prosedurdur”.
SON XƏBƏR / GÜNDƏM / ÖLKƏ
Tarix: 25-06-2020, 16:16