mobil versiya

Koronavirusa yoluxan Xalq artistinin son durumu açıqlanıb





Sənətçinin həyat yoldaşı Minarə Bayram “Report”a bildirib ki, diktor Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

"Eldost Bayram 20 gün bundan əvvəl koronavirusa yoluxmuşdu, bir həftə evdə müalicə aldı, sonra Zığ qəsəbəsindəki modul tipli xəstəxanaya yerləşdirdik. Dünənə kimi palatada müalicə alırdı. Vəziyyəti ağırlaşdığına görə reanimasiyaya yerləşdirilib. Həkimlər mənə deyir ki, saturasiyası, təzyiqi, temperature normaldır. Amma noyabrın 26-dan mən onunla telefonla danışa bilmirəm. Həkimlər deyir ki, danışmağa halı yoxdur", - o bildirib. 

M.Bayram qeyd edib ki, həyat yoldaşı koronavirusdan sağalıb və testinin nəticəsi neqativ çıxıb: “Sağ olsunlar, virusdan sağaldıblar. Əziyyətlərini itirə bilmərəm. Amma dünən reanimasiyaya yerləşdirilibsə, demək, başqa problemləri var”.
SON XƏBƏR / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 30-11-2021, 13:13