mobil versiya

“Alov qüllələri”nin qarşısında partlayış, xəsarət alanlar var - FOTO





Bakıda qaz sızmasından partlayış olub.


Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.


Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.


Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.


SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 30-12-2021, 11:25