Azərbaycanda polisə yalan məlumat verən şəxs saxlanılıb
Lənkəranda polisə yalan məlumat verən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, rayon sakini Ənvər Lələyev polisə müraciət edərək evindən 7 000 manat pulun oğurlandığını deyib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib.
Belə ki, Ə.Lələyevin həmin pulu saxlaması üçün qohumuna verdiyi məlum olub.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL
Tarix: 5-01-2022, 13:00